Bakı. Trend:
TDT ölkələri bir-biri ilə təcrübələrini bölüşür. Məqsədimiz, üzvölkələrin vətəndaşlarına öz vətənlərində olduğu kimi rahat işləməkimkanları yaratmaqdır.
Bunu Trend-ə bugün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluqvə sosial müdafiə nazirlərinin birinci iclası çərçivəsində TDT-ninBaş katibi Kubanıçbek Ömüralıyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, işlər gələcəkdə də davam etdiriləcək:
"Bu istiqamətdə 55-dən çox layihəmiz var. Gələcəkdə də bu işlərdavam etdiriləcək. "Türk Dünyası 2040 Vizyonu" rəhbər tutulmaqla,əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafetdirilməsi bizim üçün çox vacibdir. Türk Dövlətləri Təşkilatının(TDT) 12-ci Zirvəsində Dövlət Başçıları tərəfindən qəbul edilmişQəbələ Bəyannaməsi də bu istiqamətdə önəmli sənədlərdənbiridir".