EN

“Kəpəz” futbolçuları həm qələbəyə, həm də pula sevindi 

“Kəpəz” Azərbaycan kubokunda “Araz Naxçıvan”ı məğlub edərək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik bu qələbəyə biganə qalmayıb. Futbolçulara pul mükafatı vəd edilib. 

Belə ki, bu qalibiyyət futbolçuların hər birinə 1500 manat qazandıracaq. 

Xatırladaq ki, Gəncə təmsilçisi növbəti mərhələdə “Turan-Tovuz”la üz-üzə gələcək.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevral, cavab görüşləri 3-4 mart tarixlərində baş tutacaq.

Chosen
33
1
idmanxeber.az

2Sources