EN

Saytlardakı problemlə bağlı Rəsmi açıqlama

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir. 

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
94
26
qafqazinfo.az

10Sources