EN

Nəhəng büdcə ilə bağlı razılığa gəldilər

İsrailin müdafiə naziri İsrael Kats və ultrasağçı maliyyə maziri Bezalel Smotriçiç 2026-cı il büdcəsi üçün müdafiəyə 112 milyard şekel (təxminən 34,63 milyard dollar) ayrılması barədə razılığa gəliblər.

"Cebheinfo.az" xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin yazılı açıqlamasına görə, Müdafiə və Maliyyə Nazirliyi rəsmiləri 2026-cı ilin müdafiə büdcəsinə dair qərar qəbul ediblər.

Tərəflərin, Müdafiə Nazirliyinin tələb etdiyi 144 milyard İsrail şekeli (təxminən 44,5 milyard dollar) əvəzinə 112 milyard İsrail şekeli (təxminən 34,6 milyard dollar) üzərində anlaşdığı qeyd olunub.

İsrailin 2026 müdafiə büdcəsində ordunun ən kritik elementlərindən olan ehtiyat hərbçilərin sayı 40 min olaraq sənədlərə düşüb. İsrail mediasında yayılan xəbərlərə görə, Müdafiə Nazirliyinin ehtiyat hərbçi tələbi 60 min idi.

Bundan əlavə, İsrailin işğal altında saxladığı Qərbi Sahildə, Fələstin torpaqlarından zorla alınmış yaşayış məntəqələri və bölgələrdə yol tikintiləri, ordu bazalarının qurulması, İordaniya sərhədində əlavə tədbirlər üçün də 725 milyon İsrail şekeli (təxminən 224,5 milyon dollar) vəsait ayrıldığı bildirilib.

Chosen
60
cebheinfo.az

1Sources