EN

ABŞ Şərqi Sakit okeanda narkotik yüklü qayığı vurub

ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən bir qayığa hava zərbəsi endirilib və hadisə nəticəsində qayığın içərisində olan 4 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, nazir Pit Heqset bu barədə ABŞ mərkəzli "X" sosial media platformasında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən əməliyyat nəticəsində 4 nəfər öldürülüb.

Heqset həmçinin qeyd edib ki, həmin qayıq ABŞ-nin “terror təşkilatı” kimi tanıdığı bir qrupun fəaliyyətinə xidmət edirmiş.

Chosen
50
cebheinfo.az

1Sources