EN

ABŞ digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edəcəyinə zəmanət vermir

Bakı, 5 dekabr, AZƏRTAC

ABŞ digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edə bilməz, çünki Vaşinqtonun maraqları “çoxsaylı və müxtəlifdir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir. “Müstəqillik Bəyannaməsində ABŞ dövlətinin qurucuları digər ölkələrin daxili işlərinə qarışmamağa üstünlük verdiklərini açıq şəkildə ifadə ediblər və bunu əsaslandırıblar... Maraqları bizim kimi çoxsaylı və müxtəlif olan bir ölkənin digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipinə ciddi riayət etməsi mümkün deyil”, - deyə sənəddə bildirilir.

ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında, həmçinin qeyd edilir ki, bu yanaşmanın yenidən qiymətləndirilməsi “müdaxilənin əsaslandırılması üçün yüksək hədd qoymalıdır”.

Chosen
52
azertag.az

1Sources