Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
ONN media xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb.