EN

ABŞ HHQ naziri Kendal Çinlə müharibəyə hazırlaşmağa çağırdı

ABŞ Hərbi Hava Qüvvələri naziri Frуnk Kendal ABŞ-ı qüvvələri optimallaşdırmağa və Çinlə silahlı münaqişəyə hazır olmağa çağırıb. Nazir qeyd edib ki, Çin artıq 20 ildir, öz hərbi gücünü artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə HHQ saytı məlumat yayıb.

"Biz hələ təcrübəmiz olmayan müharibəyə hazır olmalıyıq. Çin son 20 ildə öz silahlarını sürətlə inkişaf etdirir və indi onlar böyük problemə çevriliblər”, - Kendal bildirib.

Nazir xəbərdarlıq edib ki, əgər ABŞ-ın imkanları "Çinin Tayvana və ya başqa yerə qarşı təcavüzünün qarşısını almaq üçün” kifayət etməzsə, o zaman müharibə başlaya bilər. Bununla belə, Kendal qeyd edir ki, "müharibə qaçılmaz deyil”. Nazir ABŞ Aerokosmik Qüvvələrinin modernləşdirilməsinin zəruriliyini qeyd edib və Çinin iki hərbi qüvvə - aerokosmik və kiber sferada informasiya üstünlüyünə nail olmaq üçün strateji dəstək qüvvələri yaratdığını bildirib.

Nizami Bağırov
Chosen
528
6
qaynarinfo.az

5Sources