EN

Trampa atmaca: Putinlə Modi motosiklet sürdü, mahnı oxudular

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan Hindistanın "India Today" telekanalı onun və Hindistanın baş naziri Narendra Modinin yer aldığı cizgi filmi yayımlayıb.

Publika.az xəbər verir ki, video media orqanına məxsus “So Sorry” "YouTube" kanalında yayımlanıb.

Videoda Putin və Modinin neft buruqlarının yanında motosiklet sürdükləri, dostluq haqqında mahnı oxuduqları görünür. Onlar, biri Rusiyaya, digəri isə ABŞ-a məxsus iki yanacaqdoldurma məntəqəsinin yanında dayanırlar. Amerika stansiyasının yanında dayanan ABŞ prezidenti Donald Tramp motosikletini yanacaqla doldurmaq istəyir. Bununla belə, Putin və Modi Rusiya stansiyasında yanacaq doldurur və Trampı qəzəbləndirərək yola düşürlər.

Qeyd edək ki, dekabrın 4-də Putin Hindistana iki günlük səfərə gedib. Həmin gün o, Modi ilə qeyri-rəsmi görüşüb. Dekabrın 3-də isə Putin “India Today” telekanalına müsahibə verib. Söhbət zamanı Rusiya lideri digər məsələlərlə yanaşı, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla apardığı danışıqları müzakirə edib. Bildirilib ki, dövlət başçısı müsahibədən həzz alıb, ona görə də əvvəlcə nəzərdə tutulan 60 dəqiqə əvəzinə söhbət 100 dəqiqə davam edib.

Chosen
3
publika.az

1Sources