EN

Elçin Əmirbəyov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb

Bakı. Trend:

Isveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində AzərbaycanPrezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin ƏmirbəyovCenevrə şəhərində burada yerləşən Cenevrə Beynəlxalq HumanitarMinatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelliilə görüş keçirib.

Trend xəbərverir ki, söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycandaminatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğuvurğulanıb. Ölkəmizdə mina və partlamamış sursatlar problemininmiqaysı və onun aradan qaldırılması istlqamətində Azərbaycandövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədəhəmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizinCenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın dahada genişləndirilməsinə açıq olduğunu qeyd edib.

Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan RespublikasıMinatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış “AzərbaycanRespublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin TəminEdilməsinə dair” Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçünəhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nınGöygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsiimkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirəediblər.

Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etməküçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləriyüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzinAzərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığıdaha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə o,gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətinivurğulayaraq, səfər zamanı Azərbaycanlı həmkarları ilə qarşılıqlıəməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyiplanlaşdırdığını qeyd edib.

Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərininikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımındanəhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmişərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləməəməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə başçəkməsini tövsiyyə edib.

Elçin
Chosen
71
19
az.trend.az

10Sources