EN

ABŞ Tayvanla bağlı potensial münaqişənin qarşısını almağa prioritet verir

Ağ Ev yeni Milli Təhlükəsizlik Strategiyasında Tayvan məsələsində potensial gərginliklərin, o cümlədən hərbi vasitələrlə ortaya çıxacaq risklərin qarşısının alınmasını prioritet sahələrdən biri kimi təqdim edib.

News365.az xəbər verir ki, sənəddə bildirilir ki, Tayvan ətrafında münaqişənin qarşısının alınması ABŞ-ın milli maraqları üçün xüsusi əhəmiyyət daşıyır. Həmçinin vurğulanır ki, qlobal ticarətin təxminən üçdə biri hər il Cənubi Çin dənizindən keçir və bu regionun stabilliyi ABŞ iqtisadiyyatı üçün həlledici rol oynayır.

Ağ Ev strateji sənəddə regiondakı gərginliklərin minimuma endirilməsinin, diplomatik və hərbi vasitələrlə sülhün təmin edilməsinin önəmli olduğunu xüsusi olaraq qeyd edib.

News365.az

Chosen
55
news365.az

1Sources