EN

Trampa Sülh Mükafatı veriləcək

BAKI, 5 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FIFA Sülh Mükafatını alacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, Trampa bu gün paytaxt Vaşinqtonda keçiriləcək tədbir zamanı çıxış etməsi üçün vaxt da veriləcək.

FIFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundial 11 iyun - 19 iyulda keçiriləcək.

Chosen
42
1
teleqraf.com

2Sources