EN

Elçin Əmirbəyov Cenevrədə görüşlər keçirib YENİLƏNİB

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, görüşdə Mərkəzin regionda post-münaqişə sülh quruculuğu fəaliyyətinə verə biləcək dəstək mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.Söhbət əsnasında son iki ildə Mərkəzin dəstəyi ilə Azərbaycan və Ermənistan beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayandəlırinin iştirakı ilə aparılan humanitar dialoq yüksək qiymətləndirilib, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə tədbirlərdə iştirakı və qarşılıqlı səfərləri, iqtisadi ekspertlərin birgə hazırladığı sülhün iqtisadi üstünlüklərinə dair hesabatlar Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasında əhəmiyyəti və bu fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov həmçinin Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsində akreditə olunmuş jurnalistlər üçün mətbuat brifinqi keçirib. Brifinq zamanı Prezidentinin nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesinin indiki durumu və perspektivləri, regionda sülhün və inkişafının möhkəmləndirilməsi istiqamətində Azərbayacan tərəfindən atılan addımlar, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndiriləmisən yönələn dialoq, Azərbaycanın üzləşdiyi mina problemi və işğal zamanı dağıdılmış mədəni irsimiz, Orta Dəhlizinin genişləndirilməsi üçün Cənubi Qafqazda nəqliyyat bağlantılarının açılmasının əhəmiyyəti kimi məsələlərə dair jurnalistlərinin çoxsaylı suallarını cavablandırıb.

* * * 15:10

İsveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.

AzVision.az xəbər verir ki,söhbət əsnasında bu beynəlxalq qurumun Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanıb. Azərbaycanda mina və partlamamış sursatlar probleminin miqaysı və onun aradan qaldırılması istlqamətində dövlət tərəfindən son zamanlar həyata keçirilən fəaliyyəti barədə həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkənin Cenevrədəki mərkəzi ilə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd edib. Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış "Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair" Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə ediblər.

Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzin Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirdi. Bu kontekstdə o, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayaraq, səfər zamanı Azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib. Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini tövsiyə edib. AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
19
azvision.az

10Sources