EN

Salyanda məktəbdə 13 nəfər tüstüdən zəhərləndi

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagird və 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
76
16
cebheinfo.az

10Sources