EN

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib SƏRƏNCAM

Bakı, 5 dekabr, AZƏRTAC

Ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, konsepsiya iqtisadi fəaliyyət iştirakçıları arasında şəffaflığın artırılması, təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviqini, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini və iqtisadiyyatın diversifikasiyasının təmini nəzərdə tutur. Sənəddə, həmçinin etibarlı tərəfdaşların müəyyənləşdirilməsi mexanizmləri, nəzarət və monitorinq prosedurlarının təkmilləşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın artırılması kimi istiqamətlər əhatə olunub.

 

Chosen
16
2
azertag.az

3Sources