EN

Ərəblərin yay planı üzə çıxdı: Görün hansı ulduzları hədəf alıblar

Səudiyyə Ərəbistan Pro Liqası yüksək profilli futbolçuları böyük maaşlı təkliflərlə cəlb etmək strategiyasını davam etdirmək istəyir.

Publika.az xəbər verir ki, bu dəfə hədəfdə "Barselona"nın hücumçusu Robert Levandovski, eləcə də "Real"ım müdafiəçiləri Antonio Rüdiger və David Alaba var.

"Saudi Vision 2030" layihəsi çərçivəsində Səudiyyə klublarına bu üç ulduz üçün 35 milyon avroluq maaş büdcəsi ayrılacaq.

Levandovskinin müqaviləsi gələn yay başa çatır və o, uzun müddətdir Səudiyyə Ərəbistanına mümkün transferlə əlaqələndirilir. 37 yaşlı hücumçu "Barselona"da daha bir mövsüm qalmaq istəyir, lakin Kataloniya klubunun onun gələcəyi ilə bağlı qərarı hələ yoxdur.

Chosen
85
publika.az

1Sources