EN

Yuxuda “yıxılmaq” niyə baş verir?

Yuxuya getmə anında birdən-birə “yıxılıram” kimi hiss yaşamaq və bədənin ani sıçraması əhali arasında geniş yayılıb.


Pravda.az bildirir ki, bu hal “hipnagogik sıçrama” adlanır və yuxuya keçid mərhələsində beynin əzələ boşalmasını “yıxılma” kimi qəbul etməsindən yaranır.


“Hipnagogik sıçrama” sağlam insanlarda belə müşahidə oluna bilər və təhlükəli sayılmır. Lakin kafein və nikotin istifadəsi, stres, yuxu rejiminin pozulması və yorğunluq bu hissin daha tez-tez baş verməsinə səbəb ola bilər.


Mütəxəssislər bildirir ki, yuxu rejiminə diqqət etmək, gec saatlarda ağır fəaliyyətlərdən uzaq durmaq, kafein qəbulunu azaltmaq və rahat yuxu mühiti yaratmaq bu halı minimuma endirə bilər.
 

Əgər “yıxılma” hissi tez-tez təkrarlanır və yuxu keyfiyyətini pozursa, bunun başqa bir yuxu pozuntusundan qaynaqlanma ehtimalı istisna edilmir.


Əminə Bayramova 

Tarix: 5 Dekabr 2025, 17:04   
Chosen
216
pravda.az

1Sources