EN

Meqanın atası ölüm ayağındadır

Uels şahzadəsi Meqan Marklın atası ölüm ayağındadır.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı Tomas Filippində yerləşən xəstəxanada təcili əməliyyat olunduqdan sonra reanimasiyaya yerləşdirilib.
 
Oğlu Tomas Jr.-ın sözlərinə görə, atasının vəziyyəti qəfildən pisləşib. O, beynində toplanan qan laxtasını çıxarmaq üçün ikinci dəfə əməliyyat olunacaq. 
 
Qardaşının ümid edir ki, mövcud böhran atası ilə Meqan arasında barışığa səbəb olacaq.
 
Xatırladaq ki, Tomas son illərdə iki dəfə infarkt, bir dəfə insult keçirib. 2022-ci ildə insult keçirdikdən sonra o, danışmaq qabiliyyətini qismən itirib, lakin sonradan geniş terapiya sayəsində nitq qabiliyyətini bərpa edib.

Onu da qeyd edək ki, Meqanın atası heç vaxt kürəkəni və nəvələri Arçi və Lilibetlə görüşməyib. 
 
 

Chosen
52
1
7news.az

2Sources