EN

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

Dekabrın 23-də Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.

AZPROMO-nun məlumatına görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda, həmçinin, regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.

İnvestisiya forumunda iştirak etmək istəyən Azərbaycan və Türkiyə sahibkarları link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://bit.ly/3Wxqo7c.

Chosen
76
5
vergiler.az

4Sources