EN

Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sistemi tətbiq ediləcək

Azərbaycanda etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi nəzərdə tutulub.

Moderator.az xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, ölkədə gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması planlaşdırılır.

Chosen
15
2
moderator.az

6Sources