EN

Rus ordusu Donetsk istiqamətində bu mövqeləri ələ keçirdi

Rusiyaya bağlı DeepState layihəsinin yenilənmiş məlumatlarına görə, Rusiya ordusu Donetsk vilayətində bir neçə istiqamətdə irəliləyiş əldə edib.

KONKRET.az-ın xəbərinə görə, analitiklərin məlumatında bildirilir ki, irəliləyişlərdən biri Yampolun şimalında qeydə alınıb.

Rusiya bölmələri Lıman istiqamətində mövqelərini yaxşılaşdırmağa cəhd göstərib. Seversk istiqamətində isə xəritəyə əsasən, rus qüvvələri şəhərin kənarlarında möhkəmlənib və bununla da yaşayış məntəqəsi daxilində toqquşma zonasının genişlənməsinə səbəb olub.

İrəliləyiş həmçinin Severskin cənubunda, Vıyemka yaşayış məntəqəsi ətrafında müşahidə edilib.

Analitiklər bildirirlər ki, bu sektorda döyüşlər davam edir və cəbhə xətti hələ də dəyişkən olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
12
1
konkret.az

2Sources