Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib.