EN

Markinyos: Futbolu Marsda oynamaq istərdim

“Spartak”ın yarımmüdafiəçisi Markinyos futbol oynamaq istədiyi qeyri-adi yer barədə danışıb.

Doğru.az xəbər verir ki, o, Sports.ru-ya verdiyi müsahibədə deyib:

“Mən başqa planet seçərdim. Məsələn, Mars. Bu, çox qeyri-adi, gözəl, fərqli bir dünyadır. Əsas odur ki, planetimiz qırmızıdır – bizim Spartak kimi”

Bu mövsüm Markinyos “qırmızı-ağlar”ın heyətində bütün yarışlarda 19 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Spartak”ın baş məşqçisi Vadim Romanov daha əvvəl mart ayında Pro lisenziyası üçün təlim keçəcəyini açıqlamışdı.

DOĞRU.AZ

Chosen
56
1
dogru.az

2Sources