EN

Salyanda məktəbdə zəhərlənənlərin sayı artıb

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Chosen
7
10
day.az

10Sources