Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Â
Sitat.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Â
Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.
Â
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Xudaverdiyev Xudaverdi Səməd oğlu rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına vəzifəsindən kənarlaşdırılıb.
Â
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib. (Mənbə: APA)