EN

“Qalatasaray”dan Metehan Baltacıya qarşı sərt addım

style='margin-bottom:10px;'>

“Qalatasaray” klubu gənc müdafiəçisi Metehan Baltacı ilə yollarını ayıra bilər.

QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan 23 yaşlı futbolçu barədə qəti qərar qəbul edib. Belə ki, əgər Metehanın günahı təsdiqini taparsa, klub onunla müqaviləni dərhal ləğv edəcək.

Məlumata görə, bu səhər keçirilən əməliyyatda adı hallanan futbolçunun öz komandasının oyunlarına mərc etdiyi iddia olunur. Xatırladaq ki, o, daha əvvəl də analoji səbəbdən Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən 9 ay müddətinə futbolla məşğul olmaqdan məhrum edilmişdi.

Həmçinin oxu: "Qalatasaray" və "Fənərbaxça"nın futbolçularına şok mərc ittihamı - Rəsmi məlumat

Qeyd edək ki, “Qalatasaray”la müqaviləsi 2028-ci ilə qədər qüvvədə olan Metehan Baltacı indiyədək əsas komandada 22 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
23
4
teleqraf.com

5Sources