EN

Biləsuvarda qəzada yeniyetmə yaralandı

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.

 

Hadisə zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıblar.

 

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Chosen
78
19
azedu.az

10Sources