Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçıdirektoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətiBirləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfəredib.
Bu barədə Trend-ə ARDNF-dən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti yüksəksəviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcıtəmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq vəinvestisiya imkanları üzrə müzakirələr aparıb.
Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupununhəmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir.Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkımərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfeliningenişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yenitrendlər müzakirə edilib.
Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri MayklMilken ilə görüşmüşdür. Kapital bazarlarının inkişafında mühüm roloynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə vətəhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken iləkeçirilmiş görüşdə institusional investorlara təsir edən qlobaltendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlarüzrə strateji istiqamətlər müzakirə edilib. Tərəflər həmçiningələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdənkeçirib.
ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindəntəşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirakedib. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammitçərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiyavə biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış edib.
Panel müzakirələri zamanı Rövşən Cavadov Asiya və Yaxın Şərqarasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiyavə istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərininformalaşdığını qeyd edib. O, suveren fondların regional dəyərzəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək vəiqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədəməlumat verib. Rövşən Cavadov əlavə edib ki, ARDNF uzunmüddətli vədayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regiondayaranan yeni imkanları yaxından izləyir.