EN

Salyanda məktəbdə 20 nəfər tüstüdən zəhərlənibVİDEO

Salyanda məktəbdə tüstüdən zəhərlənmə olub.

Xezerxeber.az-ın məlumatına görə, Salyanın Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Şagirdlər və işçi heyət tüstüdən zəhərlənib. Məktəb rəhbərliyi dərhal valideynlərə və təcili tibbi yardıma məlumat verib.

Tüstüdən zəhərlənən 20 nəfər xəstəxanaya çatdırılıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb. Şagirdlər və müəllimlər plana uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Hazırda aidiyyəti qurum hadisənin başvermə səbəblərini araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
21
xezerxeber.az

1Sources