EN

Niderlandlarda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderlandın Şimal Brabant vilayətinin Vüqt şəhərində yerləşən cəzaçəkmə müəssisəsində məhkumlar bir neçə həbsxana əməkdaşını girov götürüblər.APA xəbər verir ki, bu barədə NU.nl portalı məlumat yayıb.

Məlumata görə, insident həbsxananın xəstəxana bölməsinin psixiatrik şöbəsində baş verib. Qeyd olunur ki, hadisə xüsusi qorunan hissədə, ən təhlükəli məhkumların saxlanıldığı bölmədə baş verməyib.

Qeyd olunur ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstələri daxil olub. Niderlandın ədliyyə və təhlükəsizlik nazirliyi təsdiqləyib ki, insident yalnız həbsxananın daxilində baş verir və müəssisənin perimetri xaricində hər hansı axtarış tədbirləri aparılmır.

Girovların sayı və hadisənin detalları hələlik açıqlanmır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
8
apa.az

9Sources