EN

Rüstəm Xəlilovun rəhbərlik etdiyi rayonda sakinlərin başını bəlaya salan vəziyyət: "Şəhərin mərkəzində palçığa görə maşın sürmək mümkün deyil" - VİDEO

Salyan şəhərinin bır sıra küçələri keçilməz haldadır.

 

Xüsusilə Heydər Əliyev və Səməd Vurğun adına olan mərkəzi küçələr, eləcə də onlara bitişik məhəllələrdə palçıq dizə çıxır.

 

Sakinlərin sözlərinə görə, buna səbəb su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərdir.

 

Belə ki, 2024-cü ildə kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü yararsız hala düşüb.

 

"Kanalizasiya çəkirdilər, pis hala saldılar. Problemi həll edən də yoxdur", "Palçığa görə maşın sürmək mümkün deyil", - deyə sakinlər narazılıqlarını bildiriblər.

 

Pravda.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı sabiq deputat Rüstəm Xəlilovdur.

 

Tarix: 5 Dekabr 2025, 21:41   
Chosen
7
3
pravda.az

5Sources