Salyan şəhərinin mərkəzi küçələri keçilməz haldadır...
Xüsusilə Heydər Əliyev və Səməd Vurğun adına olan mərkəzi küçələr, eləcə də onlara bitişik məhəllələrdə palçıq dizə çıxır.
Sakinlərin sözlərinə görə, buna səbəb su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərdir.
Belə ki, 2024-cü ildə kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü yararsız hala düşüb.
"Kanalizasiya çəkirdilər, pis hala saldılar. Problemi həll edən də yoxdur", "Palçığa görə maşın sürmək mümkün deyil", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı sabiq deputat Rüstəm Xəlilovdur.
Poliqon.info