“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni sammit mümkündür, lakin indiyədək Moskva Vaşinqtondan müvafiq siqnallar almayıb”.
Bunu Birinci Kanalın efirində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O xatırladıb ki, Ankoricdəki görüş bir neçə gün əvvəldən razılaşdırılıb.
Uşakovun sözlərinə görə, lazım gələrsə, yeni sammitin təşkili də qısa müddətdə həyata keçirilə bilər:
“Biz Ankoric görüşünü 3-4 gün ərzində razılaşdıq. Yəni, hər şey mümkündür”.
“Cebheinfo.az”