EN

Suriya Kanadanın sanksiyaları ləğv etmək qərarını alqışlayır



Suriya Xarici İşlər Nazirliyi Kanada hökumətinin Dəməşqə qarşı sanksiyaları ləğv etmək qərarını alqışlayıb.
Nazirlik yazılı açıqlamasında bu xoşagələn addımın "illərdir davam edən sanksiyaların Suriya xalqının həyatına və həyati əhəmiyyətli sahələrinə mənfi təsirinin artan fərqindəliyi əks etdirən müsbət bir inkişaf" olduğunu bildirib.

Bəyanatda bu qərarın Suriya ilə Kanada arasında münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli bir dönüş nöqtəsi olduğu və çoxtərəfli tərəfdaşlıqda yeni bir mərhələnin qapısını açdığı vurğulanıb.
Bəyanatda Suriyanın bütün beynəlxalq tərəfdaşlarla dialoqa və əməkdaşlığa hazır olduğu qeyd olunur və bu yanaşmanın ölkənin iqtisadi bərpasına, yenidənqurma səylərinə və regional və beynəlxalq təhlükəsizliyə dəstək olacağı əlavə olunur.

aia.az
Tərcümə şöbəsi



Chosen
13
aia.az

1Sources