EN

Ceyhun Bayramov Vyanada keçirilən 4-cü Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib (FOTO)

Bakı. Trend:

5 dekabr 2025-ci il tarixində Azərbaycan Xarici İşlər NaziriCeyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanadakeçirilən 4-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edibvə çıxış edib.

Trend xəbər verirki, tədbirdə siyasətçilər, beyin mərkəzlərinin təmsilçiləri,akademiklər və müstəqil ekspertlər Azərbaycanın strateji vizionunuvə ölkənin əsas xarici siyasət prioritetlərini müzakirəediblər.

Dəyirmi masa zamanı nazir Azərbaycanın regionda sabitləşdiriciqüvvə kimi artan rolunu vurğulayıb. O, iştirakçıları ölkəninçoxtərəfli formatlarda, xüsusən də beynəlxalq əməkdaşlığın daha çoxetimad və effektivlik tələb etdiyi bir dövrdə əldə etdiyinailiyyətlər barədə məlumatlandırıb.

Ceyhun Bayramov həmçinin Azərbaycanın 2026-cı ildə 13-cü DünyaŞəhər Forumuna və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyiedəcəyini bildirib. O, bu qlobal platformaların ölkənin regional vəqlobal məsuliyyətini əks etdirərək davamlı şəhərləşmə, davamlımənzil, təmiz enerji infrastrukturu və iqlim maliyyələşdirməsininsəfərbərliyi kimi mövzuları əhatə edəcəyini qeyd edib.

Nazir 8 avqustda keçirilmiş Vaşinqton Sülh Zirvə Toplantısınınnəticələrinə toxunaraq, Üçtərəfli Birgə Bəyannamənin və digər mühümsənədlərin imzalanmasını xatırladıb. O, ATƏT-in Minsk Prosesistrukturlarının bağlanmasının başa çatdığını və bunun regionda yenimünaqişədən sonrakı reallığın beynəlxalq səviyyədə tanınmasıanlamına gəldiyini vurğulayıb.

Ceyhun Bayramov Xəzər və Qara dəniz regionlarını birləşdirənnəqliyyat və enerji dəhlizlərinin gücləndirilməsinin əhəmiyyətiniqeyd edərək, Azərbaycanın bütün tərəfdaşlarla əməkdaşlığa hazırolduğunu bir daha təsdiqləyib. O, sülhün, regional əlaqənin,iqtisadi təhlükəsizliyin və davamlı inkişafın ölkənin gələcəkdiplomatik fəaliyyətinin əsas prioritetləri olaraq qalacağınıbildirib.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Chosen
226
5
az.trend.az

10Sources