EN

“Əsas məqam gəldi, döyüşlər ya Avropya gələcək, ya da bitəcək” –Orban

“Ukrayna ilə bağlı sülh danışıqlarında əsas məqam gəlib çatıb“.

AzPost bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”a verdiyi müsahibədə deyib.

“Əsas an gəlib çatıb. Yaxın günlərdə döyüşlərin Avropaya doğru irəliləyəcəyi və ya münaqişənin alovunun sönəcəyi bəlli olacaq”, – deyə Macarıstanın Baş naziri bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün intensiv şəkildə çalışdığını bildirib.

2 dekabrda Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov və Cared Kuşner ilə danışıqlar aparıb. Görüşdə ABŞ-ın Ukrayna üçün sülh planı müzakirə olunub.

AzPost.az

Chosen
13
azpost.info

1Sources