Rusiyada universitet və kollec məzunlarına hərbi xidmətdən möhlət vermək istəyirlər.
AzPost bildirir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Abramçenko açıqlama verib.
Belə ki, Rusiyada universitet və kollec məzunlarına hərbi xidmətdən bir ildən iki ilə qədər möhlət tətbiq etməyi nəzərdən keçirilir.
Vitse-spikeri Abramçenkonun sözlərinə görə, hazırda hər il təxminən 800.000 şəxs məzun olduqdan dərhal sonra hərbi xidmətə çağırılır. Bu da iqtisadiyyatın kadrlarla təminatına mənfi təsir göstərir.