EN

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Doğru.az xəbər verir ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Bu halda vəfat edən qulluqçunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

DOĞRU.AZ

Chosen
41
25
dogru.az

10Sources