ABŞ prezidenti Donald Tramp FIFA Sülh Mükafatını aldıqdan sonra ilk açıqlamasını verib.
"Unikal" xəbər verir ki, o bunu həyatının ən vacib mükafatlarından biri adlandırıb.
"Bu, mənim həyatımın ən vacib mükafatlarından biridir", - deyə Tramp qısa açıqlamasında deyib.
Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Kubokunun püşkatmasından əvvəl Trampa Sülh Mükafatını təqdim edib.