EN

Dünya çempionatı final mərhələsinin püşkü atıldı

ain.az, Lent az saytına istinadən bildirir.

Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb.

Lent.az xəbər verir ki, Vaşinqtonda keçiriləcək tədbir saat 21:00-da başlayıb.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)

B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina)

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo)

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya)

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundialda ilk dəfə 48 komanda yarışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
36
lent.az

10Sources