EN

Macarıstandan Ukrayna ilə bağlı gözlənilməz addım

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Macarıstan Avropa Komissiyasının Ukraynanı maliyyələşdirmək məqsədilə 90 milyard avroluq kredit planını bloklayıb.

Globalinfo.az xəbər verir ko, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, plan çərçivəsində dondurulmuş Rusiya aktivlərinin istifadə edilməsi və avrobondların buraxılması nəzərdə tutulurdu. Əgər sxem uğursuz olarsa, avrobondların geri qaytarılması variantı B planı kimi müzakirə olunub.

Macarıstan Aİ səfirlərinin Brüsseldə keçirilən görüşündə veto hüququndan istifadə edərək bu planın reallaşmasına mane olub.

“Politico” məqaləsində vurğulayır:

“Dekabrın 5-də Macarıstan Ukraynaya dəstək üçün avrobondların buraxılması imkanını rəsmi olaraq istisna edib”.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
globalinfo.az

1Sources