EN

Suad Qara Şərqin ruhunu təhqir edib Mir Şahin Məhsəti filmi barədə VİDEO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Suad Qaranın təqdim və təlqin etdiyi budur ki, Məhsəti Gəncəvi müasirimiz olsaydı, əxlaqsız biri olardı. Barlarda sərxoş vaxt keçirər, yatağını, qucağını hər fürsətdə paylaşardı”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Real TV-nin Baş direktoru, jurnalist Mir Şahin Suad Qarayevanın “Məhsəti” filmi barədə hazırladığı süjetdə səsləndirib.

O qeyd edib ki, söhbət UNESCO-nun 900 illik yubileyini dünya səviyyəsində qeyd etdiyi Məhsətidən gedir.

“Şərqin ən böyük qadın şairinin misralarını ən böyük mütəfəkkirlər ömrün mənası barədə ən mükəmməl kəlamlar adlandırıblar. Suad Qara isə belə bir şəxsiyyətin, o cümlədən azərbaycanlının – Şərqin ruhunu təhqir edib”, – süjetdə qeyd olunur.

Xatırladaq ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəviyə həsr olunan “Məhsəti” filmi Kino Agentliyinin təşkil etdiyi Bakı Beynəlxalq Film Festivalından baxışdan çıxarılıb.

Materialı təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
globalinfo.az

1Sources