Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Zirə” “Qarabağ”a qarşı
Bu gün Misli Premyer Liqasında 14-cü tura start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Hazırda Ağdam klubu 29 xalla çempionatın lideridir. “Zirə” isə 26 xalla turnir cədvəlində ikincidir.
Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1.
6 dekabr (şənbə)
17:00. “Zirə” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu
7 dekabr (bazar)
14:00. “Karvan-Yevlax” - “Şamaxı”
8 dekabr (bazar ertəsi)
17:00. “Qəbələ” - “Turan Tovuz”
20:00. “Sabah” - “Neftçi”
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” - “Kəpəz”
19:30. “Sumqayıt” - “İmişli”

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol
Velko Simiç (“Sabah”) - 4 qol
Abdullah Zubir (“Qarabağ”) - 4 qol
Bassala Sambu (“Neftçi”) - 4 qol
Emin Mahmudov (“Neftçi”) - 4 qol
Karim Rossi ("Şamaxı") - 4 qol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.