EN

Pakistan-Əfqanıstan sərhədində yenidən qarşıdurmaOLDU

Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı qarşıdurma baş verib.

Redaktor.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, hadisə Çaman sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.

Tərəflər qarşıdurma zamanı artilleriyadan istifadə edib. 

Hər iki ölkə bir-birini təxribatda günahlandırıb. İnsident zamanı Pakistan tərəfdən 4 nəfər yaralanıb. 

Xatırladaq ki, bu ilin oktyabrında Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəsə nail olunub. 

Chosen
43
2
redaktor.az

8Sources