Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2026-cı il yanvarın 1-dən etibarən Rusiyada alkoqol məhsullarının minimal qiyməti artırılacaq.
Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki. 0,5 litr araq və konyak 409 rubl (9,1 manat) və 755 rubl (16,8 manat) olacaq. Hazırda qiymətlər 349 rubl (7,8 manat) və 651 rubldur (14,5 manat).Brendi qiyməti isə 605 rubla (13,5 manat) yüksələcək ki, bu da 28% artım deməkdir. Maliyyə Nazirliyi qiymətləri istehsalçılarla müzakirə edir və yekun qiymətlər dekabrın sonuna qədər açıqlanacaq. Artımın səviyyəsi ötən ilin qiymət artımı ilə müqayisə edilə bilər.Ekspertlər bildirir ki, qiymətlərin yüksəlməsi alkoqol satışlarının təxminən 5–10% azalmasına səbəb olacaq. Bu ilin yanvar-oktyabr ayları ərzində isə pərakəndə satışlar 10,3% azalıb, arağa tələbat isə 3,7% geriləyib.Qeyd edək ki, minimal qiymət arağa 2009-cu ildə, konyak və brendiyə isə 2011-ci ildə tətbiq edilib.Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.