ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bel ağrıları zamanı hər 30–40 dəqiqədən bir hərəkət edin".
Ölkə.az “Gazeta.Ru”ya istinadla xəbər verir ki, neyrocərrah Stanislav Timoni bel ağrısından xilas olmağın effektiv üsullarını açıqlayıb.
Onun sözlərinə görə, çox vaxt bel ağrısını həkim müdaxiləsi olmadan da aradan qaldırmaq mümkündür. Bunun üçün bəzi vərdişləri dəyişmək kifayətdir: “İlk olaraq, iş yerinizi özünüzə uyğun qurun: monitor göz səviyyəsində olmalıdır. Bel kreslonun arxa hissəsinə söykənməli, bel çökük vəziyyətdə qalmamalıdır. Ayaqlar yerdə dayanmalı, stulun altına yığılmamalıdır. Çiyinlər boşaldılmış, dirsəklər isə təxminən düz bucaq altında olmalıdır".
Bundan başqa, o, hər 30–40 dəqiqədən bir işi 1–2 dəqiqəlik dayandırıb hərəkət etməyi tövsiyə edib. Onun sözlərinə görə, bir az gəzmək, dartınmaq və ya çiyinləri hərəkət etdirmək kifayətdir. Həkim gün ərzində bir neçə dəfə qısa məşqlər etməyi, həftədə iki-üç dəfə isə yoqa, pilates və ya hovuz məşğələlərinə qatılmağı məsləhət görüb.
Sonda neyrocərrah qeyd edib ki, kifayət qədər yatmaq, cihazlara fasilə vermək, gecələr işləməmək və stresi idarə etmək bel ağrısını xeyli azaldır.
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.