EN

G20-də böhran - ABŞ bu ölkəni siyahıdan sildi

Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Ronald Lamola 2026-cı ildə Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə Cənubi Afrika əvəzinə Polşanın dəvət edilməsi ilə bağlı açıqlama verib. Heç bir üzvün Cənubi Afrikanı G20-dən kənarlaşdırmaq hüququ yoxdur.

Ölkə.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrikanı uğursuz iqtisadi idarəçilik, siyasi qütbləşmə, korrupsiya və beynəlxalq  münasibətlərdə anti-Amerika münasibətdə ittiham edərək, bu ölkəni 2026-cı ildə Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət etməyəcəyini bəyan edib. Rubio Cənubi Afrikanın yerinə  Polşanı G20-yə dəvət edəcəyini qeyd edib.

Nazir Lamola isə verdiyi yazılı açıqlamasında  ABŞ dövlət katibi Rubionun Cənubi Afrikaya qarşı ittihamlarını rədd edərək qeyd edib ki, Cənubi Afrika G20-nin qurucu üzvüdür və G20-nin heç bir üzvünün Cənubi Afrikanı birtərəfli qaydada G20-dən kənarlaşdırmaq hüququ yoxdur .

 Mürtəza

Chosen
63
2
olke.az

3Sources