Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevral ayındapilotsuz uçuş aparatı ilə vurulan Ukraynadakı Çernobıl AES-indağıdılmış reaktoru üzərində yerləşən qoruyucu konstruksiyanınartıq əsas funksiyasını — radiasiyanın qarşısını almağı — yerinəyetirmədiyini açıqlayıb.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, MAQATE-nin məlumatına görə, fevralayında baş verən dron hücumu nəticəsində reaktorun üzərini örtənqoruyucu tikilidə deşik yaranıb. Təxminən 1,5 milyard avroya başagələn və 2019-cu ildə Avropanın təşəbbüsü ilə tamamlanan bukonstruksiya relslər üzərində hərəkət etdirilərək köhnə sarkofaqüzərinə yerləşdirilmişdi.
Agentlik ötən həftə polad örtükdə aparılan texniki baxış zamanıdron zərbəsinin konstruksiyanın struktur bütövlüyünü zəiflətdiyinimüəyyən edib.
MAQATE-nin baş direktoru Rafael Qrossininin sözlərinə görə,müəyyən lokal təmir işləri aparılsa da, daha genişmiqyaslı bərpaişləri görülməzsə, vəziyyətin daha da pisləşməsi və uzunmüddətlinüvə təhlükəsizliyinin risk altına düşməsi qaçılmazdır.