EN

Finlandiya müstəqilliyinin 108-ci ildönümünü qeyd edir

Stokholm, 6 delabr, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiya ölkənin ən vacib milli bayramlarından birini - müstəqilliyinin 108-ci ildönümünü qeyd edir. Bayram tədbirləri birlik və veteranlara hörmət atmosferində keçirilir. Təcili yardım xidmətləri istisna olmaqla, dövlət qurumları isə işləmir.

AZƏRTAC xəbər verir ki, Finlandiya 1917-ci il dekabrın 6-da müstəqilliyini elan edib. Bu, Senat tərəfindən iki gün ondan əvvəl imzalanmış İstiqlal Bəyannaməsinin Parlament tərəfindən təsdiq edilməsindən sonra baş verib. Bundan əvvəl ölkə Finlandiya Böyük Knyazlığı kimi Rusiya İmperiyasının tərkib hissəsi idi. Bayram ilk dəfə həmin gün - 1917-ci il dekabrın 6-da qeyd olunub və o vaxtdan bəri milli ənənənin bir parçasına çevrilib.

Gün Helsinkidəki “Tähtitorninmäki” təpəsində keçirilən ənənəvi bayraq qaldırma mərasimi ilə başlayır. Bu mərasim Suomalaisuuden Liitto (finlik Birliyi) tərəfindən həyata keçirilir, hansı ki, müharibə dövründə fasilədən sonra ənənəni bərpa edərək, onu 1957-ci ildən bəri davam etdirir.

Bayram tədbirləri bütün ölkə daxilində keçirilir. Bu il mərkəzi hərbi parad Kouvolada “Biz Finlandiyanı birlikdə müdafiə edirik” devizi altında təşkil olunub. Proqramda bələdiyyə binasında bayrağın qaldırılması, əklil qoyulması, ibadət, Finlandiya Müdafiə Qüvvələrinin texnikasının nümayiş etdirilməsi və beysbol stadionunda qoşunlara baxış keçirilməsi yer alıb. Helsinkidə nümayişlər, ictimai nəqliyyatın hərəkətində dəyişikliklər və gücləndirilmiş təhlükəsizlik tədbirləri gözlənilir, çünki Müstəqillik Günü paytaxt polisinin ən böyük illik əməliyyatıdır.

Axşam saatlarında Prezident Aleksandr Stubb və Birinci xanım Süzanna İnnes-Stubb Prezident Sarayında ənənəvi qəbul keçirəcəklər.

Chosen
69
azertag.az

1Sources