EN

Qax sakini özünü yaraladı, tüfəngi əlindən alındı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaxda 46 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

"Unikal" xəbər verir ki, Qax rayon sakini, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
13
unikal.az

10Sources